Главная > Hadisə > Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO - YENİLƏNİB
Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO - YENİLƏNİB19-08-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub. Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** 12.26 Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb. Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb. Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад |