Главная > Hadisə > Astarada 66 yaşlı kişi qətlə yetirilib
Astarada 66 yaşlı kişi qətlə yetirilib17-08-2025, 21:00. Разместил: Rss Bot Report |
|
Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib. “Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb. Belə ki, avqustun 17-si axşam saatlarında Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |