Главная > Hadisə > Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb
Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb16-08-2025, 00:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanlı uşaq Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü Seyidov Amiral Amin oğlu ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq həlak olub. Qeyd edək ki, 3 yaşlı uşağın atası Amin Seyidov əslən Cəlilabad rayonundandır. O bir müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Вернуться назад |