Главная > Hadisə > Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub

Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub


13-08-2025, 08:50. Разместил: Rss Bot Apa

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.


Вернуться назад