Главная > Hadisə > Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb
Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb12-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb. Hər iki şəxs məsuliyyətə cəlb olunub. Вернуться назад |