Главная > Hadisə > Masallıda meşədə yanğın olub - VİDEO
Masallıda meşədə yanğın olub - VİDEO7-08-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Вернуться назад |