Главная > Hadisə > Lənkəranda meşə zolağında yanğın olub
Lənkəranda meşə zolağında yanğın olub25-07-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
Lənkəranda meşə zolağında yanğın baş verib. Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Вернуться назад |