Главная > Hadisə > Bakıda dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı cinayət işi açılıb

Bakıda dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı cinayət işi açılıb


23-07-2025, 20:50. Разместил: Rss Bot Apa

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

DİN Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Вернуться назад