Главная > Hadisə > Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb

Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb


23-07-2025, 20:30. Разместил: Rss Bot Report

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Вернуться назад