|
Zaqatala şəhəri ərazisində yanğın olub. Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib. Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.
Вернуться назад
|