Главная > Hadisə > Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var
Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var21-07-2025, 08:50. Разместил: Rss Bot Apa |
|
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır Вернуться назад |