Главная > Hadisə > Kürdəmirdə kütləvi zəhərlənənlərin sayı 24-ə çatıb
Kürdəmirdə kütləvi zəhərlənənlərin sayı 24-ə çatıb20-07-2025, 12:00. Разместил: Rss Bot Report |
|
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb. Bu barədə "Sizinxeber.az"un Yuxarı Şirvan bürosuna TƏBİB-dən məlumat verilib. Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir. Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb. Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Sizinxeber.az"a bildirilib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. 01:32 Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub. "Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü 00:26 Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib. “Sizinxeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib. Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər. Вернуться назад |