Главная > Hadisə > Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO
Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO11-07-2025, 01:50. Разместил: Rss Bot Apa |
|
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sizinxeber.az-nın Naxçıvan bürosunun məlumatına görə, hadisə Əziz Əliyev küçəsində – Koroğlu heykəlinin yaxınlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Hüseynov Uğur Vüqar oğlunun idarə etdiyi motosikletlə 74-BC-722 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Вернуться назад |