Главная > Hadisə > Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB10-07-2025, 09:50. Разместил: Rss Bot Apa |
|
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, H. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. Abbasov və T. Pirverdiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. *** 01:28 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü H. Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Вернуться назад |