Главная > Hadisə > Naxçıvanda məktəb direktoru yük avtomobilinin altında qalaraq ölüb
Naxçıvanda məktəb direktoru yük avtomobilinin altında qalaraq ölüb3-07-2025, 14:00. Разместил: Rss Bot Apa |
|
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. O, təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru imiş.
Вернуться назад |