Главная > Hadisə > Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb
Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb27-06-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır. Вернуться назад |