Главная > Hadisə > TƏBİB beyninə qan sızan aktyorun son durumunu açıqlayıb
TƏBİB beyninə qan sızan aktyorun son durumunu açıqlayıb20-06-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir. Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib: "Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib. Вернуться назад |