23
may
2025
17:50

yuxarı
Məhkəmə Əvəz Zeynallı ilə birgə həbs olunan Elnur Şükürovla bağlı qərar verib

Məhkəmə Əvəz Zeynallı ilə birgə həbs olunan Elnur Şükürovla bağlı qərar verib
"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciətinə baxılıb.
APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, müraciət təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib.
Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.