sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosuna verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Yardımlıda narkokuryerlər saxlanılıb
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanılıblar
Yardımlıda narkokuryer qohumlar saxlanılıblar
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Astarada narkokuryerdə 8 kq heroin aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













