Bakıda narkotacirlikdə şübhəli bilinən şəxs tutulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
11:00

Bakıda narkotacirlikdə şübhəli bilinən şəxs tutulub

22 may, 2025
11:00
483

Bakıda narkotacirlikdə şübhəli bilinən şəxs tutulub

Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Report"a bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın