Surqutdan Bakıya uçan Rusiya vətəndaşı təyyarə enərkən vəfat edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
09:50

Surqutdan Bakıya uçan Rusiya vətəndaşı təyyarə enərkən vəfat edib

22 may, 2025
09:50
608

Surqutdan Bakıya uçan Rusiya vətəndaşı təyyarə enərkən vəfat edib

Bakı hava limanında təyyarə enişi zamanı sərnişin vəfat edib.

Sizinxeber.az xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı, onkoloji xəstəlikdən əziyyət çəkən Rəhmanova Esmira Məlik qızı Surqut–Bakı aviareysi ilə uçuş zamanı vəfat edib.

Hadisə təyyarə Bakı şəhərinə eniş edərkən baş verib. Məlumata görə, Rəhmanova Esmira Məlik qızının səhhətində mövcud olan ağır xəstəlik ölümə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın