Bakıda küçədə qadın qaçırılıb, keçmiş məhkum tutulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
10:30

Bakıda küçədə qadın qaçırılıb, keçmiş məhkum tutulub

21 may, 2025
10:30
513

Bakıda küçədə qadın qaçırılıb, keçmiş məhkum tutulub

Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub.

"Report"un xəbərinə görə, mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın