Bakı-Quba avtomagistralında baş vermiş qəzanın təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Bakı-Quba avtomagistralında baş vermiş qəzanın təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB 2


Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

APA xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

22:09

Bakı-Quba avtomagistralının 31-ci kilometrliyində baş vermiş ağır qəzanın təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub.

Quba istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.

Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.

***

21:29

Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı-Quba yolundakı ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Bakı-Quba yolundakı qəza nəticəsində xəsarət alan pakistanlılar xəstəxanadan evə buraxılıb
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər