Bakı-Quba yolundakı ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Bakı-Quba yolundakı ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2


Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

22:15

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzanın təfərrüatları məlum olub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub.

Quba istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.

Hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.

21:25

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.


Oxşar xəbərlər

Bakı-Quba yolundakı qəza nəticəsində xəsarət alan pakistanlılar xəstəxanadan evə buraxılıb
Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Qubada yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB-2
Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər