Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
20:30

Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb

20 may, 2025
20:30
632

Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb

Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindın "Sizinxeber.az"a daxil olmuş sorğuya cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın