Müəssisəyə idman ayaqqabısının içində mobil telefon keçirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Müəssisəyə idman ayaqqabısının içində mobil telefon keçirilməsinin qarşısı alınıb


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, danışıq kartı və elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər

Şəki penitensiar müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb - FOTO
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Azyaşlının cibində cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle