Naftalanda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənənlər var
Naftalan şəhərində yerləşən doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə binanın səkkizinci mərtəbəsində təmir işləri aparılan mənzildə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan sakinlər — 1973-cü il təvəllüdlü Ulduz Əhmədova və onun oğlu, 1990-cı il təvəllüdlü Bəxtiyar Əhmədov tüstüdən zəhərləniblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən onlara ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda yaşayış binasında yanğın söndürülüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Sumqayıtda yaşayış binasında yanğın baş verib
Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb
Bakıda yaşayış binasının yanğın baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
