Haqqımızda Reklam
ru
18 
may
2025
13:50

Şabranda baş verən qəzanın detalları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

18 may, 2025
13:50
486

Şabranda baş verən qəzanın detalları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, "Azsamand" markalı minik avtomobili qarşı hərəkət zolağına çıxaraq iri yük avtomobili ilə toqquşub.

Qəza zamanı sürücü və sərnişini hadisə yerində ölüblər. Ölən sürücünün 2002-ci il təvəllüdlü paytaxt sakini Akif Zeynalzadə olduğu müəyyənləşib. Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

***

11:43

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın