Bərdədə qoşqudan yıxılan şəxs ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
17 
may
2025
12:50

Bərdədə qoşqudan yıxılan şəxs ölüb

17 may, 2025
12:50
382

Bərdədə qoşqudan yıxılan şəxs ölüb

Bərdədə qoşqudan yıxılan şəxs ölüb.

Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, hadisə 6 gün əvvəl Bərdənin Yeni Daşkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot dərzləri yığılmış traktor qoşqusundan yıxılıb. O, ağır xəsarətlərlə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı Kənan Əlizadənin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın