Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Ağdaşda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasını vurub, sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri; 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.