Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
18:30

Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB-2

16 may, 2025
18:30
549

Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB-2

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

17:37

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş verən yanğının yayılmasının qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

16:58

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən "Report"un Sumqayıt-Abşeron bürosuna verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın