Yevlaxda minik maşını ilə avtobus toqquşub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
16:50

Yevlaxda minik maşını ilə avtobus toqquşub

15 may, 2025
16:50
552

Yevlaxda minik maşını ilə avtobus toqquşub

Yevlaxda "Niva" markalı minik maşını ilə avtobus toqquşub.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Yevlax rayon Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi "Niva" markalı minik maşını, 1985-ci il təvəllüdlü Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin, 1977-cı il təvəllüdlü Yeganə Süleymanova xəsarət alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın