

"Kanal-11" internet televiziyasının rəhbərinin cəzası azaldılıb
"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən Teymur Kərimovun cəzası 1 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
"Kanal-11"in həbsdə olan rəhbəri Teymur Kərimova hökm oxunub
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
Məhkəmə Əziz Orucovla bağlı qərar verib
Nazim Bəydəmirlinin şikayəti üzrə qərar verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Super Liqada 3-cü pillənin sahibi bəlli olub
-
Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib
-
Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
-
Sudanın yeni baş naziri hökuməti buraxıb
-
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
-
Fərid Qayıbov: "Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir"
