Haqqımızda Reklam
ru
14 
may
2025
15:00

Güclü küləyin aşırdığı ağac götürülüb, yolda hərəkət bərpa olunub - YENİLƏNİB -VİDEO

14 may, 2025
15:00
372

Güclü küləyin aşırdığı ağac götürülüb, yolda hərəkət bərpa olunub - YENİLƏNİB -VİDEO

Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək nəticəsində aşan ağac ərazidən götürülüb.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Bildirilib ki, Birliyinin əməkdaşları hadisə yerinə gəlib və aşan ağac ərazidən kəsərək götürüblər. Artıq yol tam açılıb və hərəkət bərpa olunub.

Sevil Seymur

14:05

Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

"Sizinxeber.az" xəbər verir ki, hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Qeyd edək ki, bu gündən başlayan küləkli hava şəraiti mayın 17-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın