Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - FOTO - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
01:50

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - FOTO - VİDEO

14 may, 2025
01:50
618

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - FOTO - VİDEO

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistral yolunun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Ruslan Elşən oğlu Ağayevin idarə etdiyi "Audi" markalı, 99-ST-366 dövlət qeydiyyat nişanlı avtomobil avtobusdan düşüb yolu keçmək istəyən piyada – Lənkəran rayonunun Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirovanı vurub.

Xəsarət alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona başın ənsə nahiyəsinin böyük ölçülü yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyublar. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Daha sonra həkimlərin qərarı ilə Xanım Nəsirovanın Bakıya göndərilməsi məqsədəuyğun sayılıb. Lakin o, paytaxta aparılarkən yolda dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın