
Neftçalada 18 min manatlıq naqil oğurlanıb

Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.
Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 000 manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.