Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
13:30

Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

13 may, 2025
13:30
715

Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın