Tərtərdə 35 yaşlı qadın qətlə yetirilib, qayınatası tutulub - YENİLƏNİB-1 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
13:00

Tərtərdə 35 yaşlı qadın qətlə yetirilib, qayınatası tutulub - YENİLƏNİB-1

13 may, 2025
13:00
776

Tərtərdə 35 yaşlı qadın qətlə yetirilib, qayınatası tutulub - YENİLƏNİB-1

Tərtərdə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

11.38

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

APA-nın xəbərinə görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

11.24

Tərtərdə qətl hadisəsi baş verib.

APA-nin yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın