13
may
2025
10:00

yuxarı
Gəncədə ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs ölüb

Gəncədə ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs ölüb
Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən şəxs orada ölüb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.İbrahimovun döyülərək öldürülməsində şübhəli bilinən şəxs və şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.