Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
22:50

Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb

12 may, 2025
22:50
682

Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb

Cəlilabad sakini atdan yıxılaraq ölüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İlkin məlumata görə, o, ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb. T. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın