Tovuzda yük maşını traktorla toqquşub, xəsarət alanlar var - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
17:50

Tovuzda yük maşını traktorla toqquşub, xəsarət alanlar var - FOTO

12 may, 2025
17:50
691

Tovuzda yük maşını traktorla toqquşub, xəsarət alanlar var - FOTO

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə qalınıb. Hərəkətdə olan "Hyundai" markalı yük maşını qoşqulu traktora arxadan çırpılıb.

Qəza zamanı traktorun sürücüsü və yük maşınında olan sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın