Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
11:00

Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

12 may, 2025
11:00
726

Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın