Qaxda külək evin dam örtüyünü uçurub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
may
2025
19:00

Qaxda külək evin dam örtüyünü uçurub

11 may, 2025
19:00
787

Qaxda külək evin dam örtüyünü uçurub

Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.

“Sizinxeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.

Evə ciddi maddi ziyan dəyib, yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Bizimlə əlaqə saxlayın