Sumqayıtda fərdi yaşayış evi yanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
may
2025
21:00

Sumqayıtda fərdi yaşayış evi yanıb

09 may, 2025
21:00
696

Sumqayıtda fərdi yaşayış evi yanıb

Sumqayıtda fərdi yaşayış evində güclü yanğın baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin zirzəmisi və həyətyanı sahədə yerləşən yarımçıq tikilidə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, canlı qüvvə və texnika cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın