09
may
2025
21:00
yuxarı
Sumqayıtda fərdi yaşayış evində güclü yanğın başlayıb
Sumqayıtda fərdi yaşayış evində güclü yanğın başlayıb
Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.