08
may
2025
22:50
yuxarı
Qazaxda minik avtomobili daşa çırpılıb, 4 nəfər xəsarət alıb
Qazaxda minik avtomobili daşa çırpılıb, 4 nəfər xəsarət alıb
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı Gəncə sakini olan 3 qadın və 1 kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.