Sumqayıtda bəzi yaşayış binalarının qarşısında qanunsuz quraşdırılmış maneələr sökülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
14:00

Sumqayıtda bəzi yaşayış binalarının qarşısında qanunsuz quraşdırılmış maneələr sökülüb

07 may, 2025
14:00
781

Sumqayıtda bəzi yaşayış binalarının qarşısında qanunsuz quraşdırılmış maneələr sökülüb

Sumqayıt şəhərində yerləşən bir sıra çoxmənzilli yaşayış binalarının qarşısında sakinlər tərəfindən qanunsuz şəkildə quraşdırılmış maneələr Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən sökülüb.

“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, FHN əməkdaşlarının apardığı reydlər çərçivəsində çoxmənzilli yaşayış binalarının həyətlərində, giriş-çıxış yollarında, eləcə də fövqəladə hallarda xilasetmə və yanğınsöndürmə texnikalarının hərəkətinə əngəl törədə biləcək baryerlər, dəmir dirəklər, şlaqbaumlar və digər süni maneələr müəyyən edilərək aradan qaldırılıb.

Qeyd edilib ki, bu tədbirlər FHN-in “Yanğın təhlükəsizliyi qaydaları”na uyğun həyata keçirilir və ictimai təhlükəsizliyin təmin olunmasına yönəlib.

Bizimlə əlaqə saxlayın