Ağdaşda musiqiçilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
09:50

Ağdaşda musiqiçilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

07 may, 2025
09:50
733

Ağdaşda musiqiçilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Ağdaşda musiqiçilər arasında toy sifarişi ilə bağlı dava düşüb.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, ötən gecə Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın