Hacıqabulun Muğan qəsəbəsində xeyli sayda ev su içində qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
09:00

Hacıqabulun Muğan qəsəbəsində xeyli sayda ev su içində qalıb

07 may, 2025
09:00
706

Hacıqabulun Muğan qəsəbəsində xeyli sayda ev su içində qalıb

Ötən gecə yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Hacıqabul rayonunun Muğan qəsəbəsində ciddi fəsadlar törədib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, Harami dağından axan sel suları qəsəbə ərazisindəki evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

Küçələrdə avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Bizimlə əlaqə saxlayın