Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
may
2025
18:50

Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO

06 may, 2025
18:50
642

Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasında yanğın söndürülüb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

17.37

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xialetmə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın